Bakı-Sumqayıt yolunda tıxacın səbəbi bəlli oldu

 16:58 27.08.2020     1060

Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.