Dərslər hansı qaydada keçiririləcək? - RƏSMİ

 17:30 27.08.2020     293

İbtidai siniflərin 15 sentyabr tarixdən həftədə 2-3 dəfə dərsə gəlməsini təklif edirik.

Redaktor.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 5, 9, 10 və 11-ci sinif şagirdlərin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır. Mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur. 15 oktyabr tarixdən 10 və 11-ci siniflərin məktəbə qayıtmasını planlaşdırırıq.