Ali məktəblərdə dərslər hansı qaydada başlayacaq? - AÇIQLAMA

 17:56 27.08.2020     1371

Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.

Redaktor.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ail məktəblərə gələ biləcəklər. Nazirin sözlərinə görə, 15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.

Nazir qeyd edib ki, proses noyabrın 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq qərar qəbul ediləcək: "Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə, distant təhsil davam edəcək".