Əməkdar artistin saxlanması ilə bağlı DİN-dən AÇIQLAMA

 18:10 27.08.2020     1444

Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı DİN-dən Redaktor.az-a verilən məlumata görə, E. Abullayevanın saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. "Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddə ilə protokol tərtib olunub. Lakin saxlanılıb polis bölməsinə aparılması ilə bağlı məlumatlar əsassızdır".

 

Mahir Xəttab / Redaktor.az