Xızıda yanğın söndürülüb - FHN

 20:28 27.08.2020     455

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə təqribən 300 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.