Ağstafada ev yanıb - FHN

 09:04 28.08.2020     484

Ağstafa rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə,Ağstafa rayonunun Həsənsu kəndində ümumi sahəsi 121 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.