Bakıda yataqxana binasında yanğın - YENİLƏNİB / VİDEO

 12:55 28.08.2020     142

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıda məcburi köçkünlərin yaşadığı yataqxanada qeydə alınan yanğınla bağlı açıqlama yayıb. 

Qurumdan verilən məlumata görə, hadisə yerinə iki təcili yardım briqadası yollanıb. 

Bildirilib ki, hadisə nəticəsində bir nəfərə yerində yardım edilib.

11:12 (Yenilənmə)

Bakının Yasamal rayonunda - Şərifzadə küçəsində yanğın baş verib.

Hadisə məcburi köçkünlərin yaşadığı yataqxana binasında qeydə alınıb.

Bildirilib ki, yanğında bir nəfər başından xəsarət alıb. Əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva Oxu.Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, yanğın artıq söndürülüb:

“Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yanğınla bağlı nazirliyin “112” qaynar xəttinə çağırış daxil olub. Əraziyə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları göndərilib.

Yanğın yataqxana binasında deyil, onun yanında yerləşən 70 kvadrat metr sahəsi olan köməkçi tikilidə qeydə alınıb. Orada yaşayan məcburi köçkünlər təxliyyə edilib.

Yanğın əməkdaşlarımız tərəfindən söndürülüb, yanğının yataqxana binasına keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

//Oxu.az