Bölgələrə sərnişin qatarları nə zaman işləyəcək? - AÇIQLAMA

 16:59 28.08.2020     1605

“Rayonlararası sərnişin daşımaya start verilərsə, bizim heyyətimiz xüsusi karantin rejimi tələblərinə riayət etməklə fəaliyyət göstərməyə tam şəkildə hazırdır”.

Bu sözləri, Redaktor.az saytına açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibi Natəvan Bayramova bildirib.

O qeyd edib ki, digər rayonlar istisna olmaqla Abşeron dairəsi üzrə daxili sərnişin daşıma öz fəaliyyətini karantindən əvvəl və karantin müddətində də davam edib:

“Biz Abşeron dairəsi üzrə sərnişin daşımanı karantindən əvvəl və karantin rejimində də davam etdirmişik. Abşeron dairəsi üzrə: Pirşağı, Sumqayıt, Bakı kəndləri karantin dönəmində də bütün karantin tədbirlərini nəzərə alaraq hərəkətini davam edib”.

"Azərbaycan Dəmir Yolları" QSC-nin karantin rejiminin bitməsinı tam şəkildə hazır olduğunu deyən N.Bayramova, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə tapşırıq gələrsə, lazımı tədbirlərin görüləcəyini bildirib:

“İşimizi Operativ Qərargahın qoyduğu tələblərə uyğun qururuq. Bu barədə qərar olarsa, yəni rayonlararası sərnişin daşımaya start verilərsə, bizim sərnişindaşıma heyyətimiz xüsusi karantin rejimi tələblərini nəzərə alaraq fəaliyyət göstərməyə tam hazırdır”.

Lalə Cəfərli / Redaktor.az