Yasamalda ağacları baltaladılar - İcra hakimiyyəti xəbərsizdir... / VİDEO

 17:18 28.08.2020     1261

Yasamal rayon Şərifzadə 90 ünvanında aparılan abadlıq işləri zamanı ağaclar kəsilib, yaşıllıqlar məhv edilib. Bu isə sakinlərin narazılığına səbəb olub.

Redaktor.az məsələni araşdırmaq üçün Yasamal Rayon İcra Hakimiyyəti (İH) ilə əlaqə saxlayıb. 

Yasamal rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçsi Gülşən Hüseynova bildirib ki, sözügedən ərazidə abadlıq işləri gedir, lakin yaşıllıqların məhv edilməsi mümkün deyil:

“Çünki bu, qanuna ziddir. Ancaq hər bir halda biz məsələni araşdıracağıq. Əgər doğurdan da, belə bir hal varsa, mütləq onun qarşısını alarıq. Bu məsələ ilə bağlı hələki bizə heç bir məlumat daxil olmayıb”.

Nuranə Daxilqızı / Redaktor.az