Aşura mərasimləri kütləvi formada keçiriləcəkmi?

 18:44 28.08.2020     810

İlahi qismətdən bu il biz Məhərrəm ayını koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü zamanda qarşıladıq. Dünyanı bürüyən bu pandemiya insan sağlamlığı üçün böyük təhlükədir. Bu isə dünya müsəlmanları üçün ehtiyac tədbirlərinin vacibliyini önə çəkdi. Avqustun 30-u Aşura günüdür. Hər il bu mərasim xüsusi formada qeyd edilirdi. Bu il isə pandemiyaya görə Aşura mərasiminin kütləvi formada keçirilməsi məqsədəuyğun deyil.

Redaktor.az xəbər verir ki, bu sözləri AzərTac-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O qeyd edib ki, dini ibadətlərdə önə çəkilən mühüm məsələlərdən biri də təhsildir. Pandemiyaya görə təhsilin dayandırılması isə dövlətimizin vətəndaşların sağlamlığını nə dərəcədə böyük önəm verdiyini göstərir. İnsanlar öz evlərində təziyə mərasimləri keçirə bilərlər. Dövlətimiz insanların həyatını qorumaq üçün böyük işlər görür. Bu işlərin daha təsirli olması üçün isə insanlar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etməlidirlər.

Dərsliklərin şagirdlərə paylanılması qaydası AÇIQLANIB

 18:35 28.08.2020     1051

"Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır".

Redaktor.az-ın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib. 

Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir.