Zərdabda yol qəzası baş verib, xəsarət alan var

 19:22 28.08.2020     509

Zərdab rayonunda yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Otmanoba kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Ford" markalı yük maşını traktorun qoşqusuna çırpılıb. Nəticədə "Ford"un sərnişini, Ağcabədi rayon sakini, 45 yaşlı Abbasova Səyyarə Cəmil qızı müxtəlif dərəcəli bədən xəsarəti ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. //Report.az