Gəncə sakini yıxılaraq ölüb

Gəncədə bədbəxt hadisə baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Məmmədov Rüfət Firdovsi oğlu yaşadığı evin zirzəmisində yıxılıb. Bu zaman 46 yaşlı kişi başından kəllə-beyin tranması alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. //APA