Ağcabədidə bir neçə evdə yanğın olub

 23:07 28.08.2020     238

Ağcabədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 72 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 m² sahədə, ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 m² sahədə, ümumi sahəsi 83 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb