Gəncədə yanğın baş verib - FOTO

 22:50 28.08.2020     139

Gəncə şəhərində yanğın baş verib.

Redaktor.az-ın xəbərinə görə, hadisə Nigar Rəfibəyli küçəsindəki fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın nəticəsində bir nəfər qolundan yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. //APA