Mingəçevirdə iki avtomobil toqquşub, yaralılar var

 23:55 28.08.2020     240

Mingəçevirdə yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2109" markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "VAZ 2109"-un sürücüsü 1992-ci il təvəllüdlü şəhər sakini Nağıbəyli Cəlil Namiq oğlu və avtomobildə olan sərnişin - 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Abdullayeva Ülviyyə Arif qızı  yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.