Goranboyda avtomobil ağaca çırpılıb, ölən var

 08:51 29.08.2020     808

Goranboy rayonunun Dəliməmmədli şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, “VAZ” markalı minik avtomobili ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1991-ci il təvəllüdlü Musayev Məhərrəm İkram oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən