Azərbaycanda professor qətlə yetirildi

 09:11 29.08.2020     1355

Gəncədə qətl hadisəsi olub. “Yeni Sabah” xəbər verir ki, hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb.

Redaktor.az xəbər verir ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib.

Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Y.Dəmirov Gəncə Tibb Kollecinin professorudur.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. //Publika.az