Rayonlara gediş gəliş məsələsinə baxılacaq - Operativ Qərargah

 10:27 29.08.2020     2201

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaqdır.

Redaktor.az-ın məlumatına görə, bu barədə Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bildirilib ki, virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.