Salyanda iki avtomobil toqquşub - Ölən var

 11:19 29.08.2020     687

Salyanda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, Salyan-Neftçala magistralında Neftçala rayon sakini, 1984-cü il təvəllüdlü Tağızadə Nicat Heydər oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1952-ci il təvəllüdlü Zeynalov Sərdar Nadir oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil  toqquşub. Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.         

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır. //APA