TƏBİB rəsmisi: Yumaşaldılma daha da genişləndirilməlidir - KARANTİN

"Düşünürəm ki, karantin rejimini uzatmaq əvəzinə, təyin olunmuş qaydalara nəzarət gücləndirilməli, insanlar arasında təbliğat artırılmalıdır".
Bu sözləri Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib:
"Karantin rejiminin uzadılması ilə bərabər yumaşaldılma daha da genişləndirilməlidir. Amma təbii ki, qapalı məkanlarda maska taxmaq, sosial məsafə və gigiyena qaydalarına əməl etmək mütləqdir. Həmçinin, karantin rejimi daxilində rayonlara gediş-gəlişin bərpa edilməsi doğru olardı. Çünki rayonlara gediş-gəlişin bərpası hazırki məqamda vacib məsələlərdən biridir. Ümumilikdə, əsas məsələ karantin rejiminin uzadılması deyil, əsas olan karantin qaydalarıdır. Əgər qaydalar olmasa, karantinin uzadılması öz mənasını itirir. Bu baxımdan, uzadılma ilə bərabər həm qaydalara, həm də yumşaldılmalara yenidən baxılmalı daha sonra qərar verilməlidir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah yeni qayda və yumşaldılmalarla bağlı ictimaiyyətə ətraflı məlumat verəcək", - deyə o bildirib.
Mahir Xəttab / Redaktor.az