İri ticarət mərkəzləri açılır? - RƏSMİ

 14:15 29.08.2020     292

"İri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, insanların alış-verişlə bağlı məsələlərini ənənəvi üsullarla həll etməsi tövsiyə edilir:

“Bunun üçün yarmarkalar, digər mağazalar var. Hazırda iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə edilir. Yeni qərar olarsa, bu barədə məlumat veriləcək”.