Abşeronda ikimərtəbəli tikilidə yanğın olub - FHN

 14:22 29.08.2020     683

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin 1-ci mərtəbəsinə yığılan ev əşyaları 70 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.