SON DƏQİQƏ: "Baron Qəzənfər" və "Memi" saxlanılıb - FOTO

 19:45 29.08.2020     5691

Hacıqabul polisi Bakı-Qazax magistral yolunda saxlanılan avtomobildən xeyli miqdarda narkotik vasitələr aşkar edib. Əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan kriminal dairələrdə “Baron Qəzənfər” və “Memi” ləqəbi ilə tanınan Bərdə sakinləri saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Hacıqabul polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində taksi kimi fəaliyyət göstərən “Azsamand” markalı avtomobil saxlanılan zaman avtomobildə olan sərnişinlərin üzərindən satış məqsədi üçün nəzərdə tutulan ayrı-ayrı bükümlərdə ümumi çəkisi 100 qram narkotik vasitə olan heroin və 20 qram psixotrop maddə olan metamfetamin aşkar edərək götürülüb. Kriminal dairələrdə “Baron Qəzənfər” kimi tanınan Bərdə rayonunun Qazıqurdalı kənd sakini, 1972-ci il təvəllüdlü əvvəllər məhkum olunan, Fərəcov Qəzənfər Şahmar oğlu və kriminal dairələrdə “Memi” ləqəbi ilə tanınan Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Teymurov Tağı Sovet oğlu narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabacadan əlbir olublar.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1

Polis əməliyyat keçirdi, saxlanılanlar var

 19:48 29.08.2020     5766

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meylli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də silsilə xuliqanlıq hərəkətlərin törətmələri öz əksini tapıb. Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini – Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar. Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, 1 ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədi ilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1

1

1

1