Daşkəsəndə yanğın başlayıb

 22:12 29.08.2020     555

Daşkəsən rayonunun Quşçu kəndi ərazisində yanğın hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, kənd ərazisində vətəndaşa məxsus tövlə və preslənmiş ot yanır. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.//Report