Masallıda yayılan videoya aydınlıq gətirildi

 22:31 29.08.2020     265

“Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.

 Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan məlumat verilirb. Bildirilib ki, həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib:

“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq” deyə məlumatda qeyd olunub.