Tanınmış meyxanaçılar cərimələndi - FOTO

 11:17 30.08.2020     1405

Dəfn mərasimində iştirak edən daha 2 nəfər məsuliyyətə cəlb olunub.

Xəbər verdiyimiz kimi, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji sərtlərinin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan daha 2  nəfər - meyxanaçı paytaxt sakinləri Orxan Əzimov (Orxan Lökbatanlı) və Elşən Qürbətov ( Elşən Xəzər) Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq edilib.

Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manat cərimə olunublar.

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

1

Nura Surinin oğlu koronavirusa yoluxub

 10:22 30.08.2020     1651

Tanınmış müğənni Nura Surinin oğlu koronavirusa yoluxub. 

Redaktor.az xəbər verir ki, sosial şəbəkədə bu barədə məlumat verən müğənni bildirib ki, oğlu ABŞ-da yaşayır:

“Böyük oğlum bir ay əvvəl zəng etdi ki, analizlərində COVİD-19 çıxıb. Təşvişə düşdüm, simptomun olub-olmadığını soruşdum, cavab verdi ki, “yoxdur”.

Səhər baxdım ki, xanımı ilə mağazaya gediblər. Məəttəl qaldım ki, orda karantin yoxdur?!. Dedi ki, 10 gün əvvəl analiz veriblər, cavab indi gəlib. Əgər bu vaxt ərzində simptom olmayıbsa, evdən maska ilə çıxa bilərsən. Əgər simptom varsa, evdə özün müalicə alırsan. Həkim təyinat yazmır.

İki gün sonra isə təkrar analiz verdilər və cavabı neqativ çıxdı. Yəni, Amerikada bu qədər bəsit yanaşma var”.

SON DƏQİQƏ: Yataqxanada güclü yanğın

 10:03 30.08.2020     1854

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Düşmən bölmələri atəşkəsi 28 dəfə pozub

 09:43 30.08.2020     4485

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Redaktor.az-a  verilən məlumata görə,Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.