Bakıda yaşayış binasının zirzəmisində yanğın başlayıb

 18:46 30.08.2020     225

Paytaxtın Nizami rayonunda yerləşən binanın zirzəmisində yanğın qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə Bakı Metrosunun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında yerləşən yüksəkmərtəbəli yaşayış binasında baş verib. Zirzəmidə məişət tullantıları yanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.//APA