Cəlilabadda meşədə yanğın olub
Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında meşə ərazisində 0,5 ha sahədə kol-kos, quru ot və qurumuş ağaclar yanıb.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.













