Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

 23:57 30.08.2020     442

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə avqustun 30-da axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər rayon sakini - 1952-ci il təvəllüdlü Şamsu Məhəmməd qızı Orucova və 1992-ci il təvəllüdlü Emil Nadir oğlu Hacıəhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Ş.Orucovanın müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. E.Hacıəhmədovun xəsarəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.//APA