Bakıda köşk yanıb - FHN

 08:43 31.08.2020     323

Bakıda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m2 olan köşkün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.