Vilayət Eyvazov bölmə rəisini işdən çıxartdı

 11:34 31.08.2020     187

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Məmmədov Cövdət Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olunub. //Unikal.org