Şəmkirdə hərəkətdə olan avtomobil yanıb

Şəmkirdə minik maşını yanıb.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Zaur Sarıyev küçəsində qeydə alınıb.
Rayonun Sarıtəpə kənd sakini Ladıyev Ənvər Mehralı oğlu avtomobillə hərəkətdə olan zaman anidən yanğın baş verib. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb. Avtomobil yanğın zaman yararsız hala düşüb. Qeyd edək ki, avtomobilin sahibi 3-cü qrup Qarabağ əlilidir. //APA