Bu tarixdən rayonlara gediş-gəliş açıla bilər – AÇIQLAMA

“Bizim binada yaşayan paytaxt sakinlərindən biri, demək olar, hər gün məndən rayonlara gediş-gəlişə nə zaman icaizə veriləcəyini soruşur. Aylardır ki, o nəvəsini görmək istəyir amma karantin səbəbindən paytaxtı tərk edə bilmir. Əslində, yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icaizə verilməsinə zəmin yaradır”.
Redaktor.az xəbər xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov rayonlara gediş-gəlişlə bağlı danışarkən deyib.
“Artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Əlbəttə, bu da heç bir halda bizdə arxayınlıq yaratmamalıdır və vaksin tapılana, pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var.
Bununla yanaşı, paytaxtdan rayonlara səfərlər bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir. Çünki son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehiyac var. Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icaizənin aradan qaldırılması məqsədə uyğundur. Okyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq icaizənin götürülməsi daha da aktuallaşıb”.
Mahir Xəttab \ Redaktor.az