Aktiv koronavirus xəstələrinin sayı AÇIQLANIB

 20:07 31.08.2020     388

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2054-dür. 

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 13-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 36435 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 33847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, aktiv xəstə sayı 2054 nəfərdir.

Ölkədə son sutka ərzində 5042, hazırkı dövrədək isə 922069 test aparılıb.