Goranboyda baş verən yol qəzasında bir nəfər ölüb

 23:29 31.08.2020     389

Goranboy rayonunda yol qəzası baş verib. 

Redaktor.az-ın məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb. 

İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri ölüb, digəri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. //APA