"BakuBus" avtobusunda yanğın olub - VİDEO

 09:13 01.09.2020     674

Bakıda yanğın hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, yanğın sərnişin avtobusunda qeydə alınıb. Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 01.09.2020 tarixində səhər saatlarında "BakuBus" MMC-nin istismarında olan 24 saylı marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.

1

1