Əcnəbi vətəndaşa qarşı dələduzluq edilib

 11:59 01.09.2020     381

Bakıda əcnəbi vətəndaşa qarşı dələduzluq edilib.

Redaktor.az-ın məlumatına görə, Pakistan vətəndaşı Saqlani Seyid Haider polisə müraciət edərək bildirib ki Bakı şəhərində Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Səxavət Səlimov tibbi avadanlıq satmaq adı ilə ondan 13800 manat alsa da həmin avadanlıqları gətirməyərək onu aldadıb.

Faktla bağlı araşdırma aparılır.