Ramiz Mehdiyev bu milyonluq evdə yaşayırmış... - VİDEO

 10:48 02.09.2020     3022

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı hər gün yeni məlumatlar ortaya çıxır.

Redaktor.az xəbər verir ki, bu dəfə ona hədiyyə edilən, özünün də istifadə etdiyi deyilən mənzilin görüntüləri yayılıb. 

Badamdar qəsəbəsindəki Botanika bağının yanında yerləşən binanın 14-cü mərtəbəsində yerləşən bütün mənzillər birləşdirilərək bir ev halına gətirilib. Mənzildə 4 yataq otağı, bir böyük zal, iş otağı var.

Sözügedn mənzili R. Mehdiyevə tanınmış iş adamlarından biri hədiyyə edib. Bu haqda məlumat verən şəxs bildirib ki, həmin mənzilin hazırda bazar qiyməti iki milyon manata yaxındır. O, təkcə parket işinə 100 min manatdan artıq pul xərcləndiyini iddia edib. Mənzilin təmir işlərinə şəxsən R. Mehdiyev özü nəzarət etsə də, öz cibindən bir qəpik pul xərcləməyib.

Mənzilə istifadə olunan bütün tikinti materialları və mebellər xaricdən gətirilib. Qısa müddətdə onun istədiyi kimi təmir olunan mənzil təxminən üç il əvvəl təhvil verilib. Mənzilin sahəsi 400 kvadratmetrdir. //Yenisabah