Salyanda avtomobil piyadaları vurub

 15:09 02.09.2020     651

Salyan rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində baş verib.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Axundova Lətifə Əlihüseyn qızı yolu keçmək istəyən zaman minik avtomobili vurub.

Digər hadisə isə rayonun Parça Xələc kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Bağırova Simuzər Ağababa qızı yolda gedərkən “Mersedes” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki piyada  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. //Report