Keçmiş nazir müavini və xidmət rəisi məhkəməyə gətiriliblər

 18:27 02.09.2020     467

Mədəniyyət nazirinin keçmiş müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Sultanov Zakir İmran oğlu məhkməyə gətirilib.

Redaktor.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində Rafiq Bayramov və Zakir Sultanov barəsində istintaq orqanının verdiyi təqdimata baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.