AzTV-nin əməkdaşı yol qəzasında ölüb - YENİLƏNİB / FOTO

 22:05 02.09.2020     1019

Azərbaycan Televiziyasının (AzTV) əməkdaşı bu gün yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. 

Redaktor.az xəbər verir ki, bu barədə televiziyanın sosial şəbəkədə paylaşdığı xəbərdə bildirilib.

Qeyd edilib ki, operator Məmmədov Sərxan Məhəmməd oğlu yolu keçərkən onu avtomobil vurub: "Əməkdaşımızı xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!".

 

*** 18:42

Bakıda piyadanı avtomobil vurub.

Redaktor.az-ın məlumatına görə, hadisə Parlament prospektində baş verib.

“Hyundai İX 35” markalı avtomobil şəxsiyyəti hələlik məlum olmayan piyadanı vurub.

Nəticədə piyada ağır xəsarətlər alıb. Qəza yerinə çağırılan təcili tibbi yardım avtomobili onu xəstəxanaya aparıb.

Hadisə yerinə yol polisləri də gəlib, araşdırma aparılır.

 

 

2