Gədəbəydə yol qəzasında 4 nəfər xəsarət alıb

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza zaman müvafiq olaraq hər iki maşının sürücüləri - 1983-cü il təvəllüdlü Əliyev Elnur, 1996-cı il təvəllüdlü İmamquliyev Nurlan və daha iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.