Azərbaycanda yenidən sərt karantin... - YOLUXMA ARTIR

 12:44 03.09.2020     3625

“Əgər virusa yoluxma artıma doğru gedərsə, sərt karantin rejimi yenidən tətbiq olunacaq". 

Bu sözləri Redaktor.az-a açıqlamasında Millət vəkili Ramil Həsən karantin rejiminin uzadılması ilə bağlı danışarkən deyib. 

“Bəzi vətəndaşlar qaydalara məhəl qoymur, gizli şəkildə toy, yas və digər mərasimlər keçirməyə cəhd edir. Bu da yoluxmanın artmasına təsir edir. Yoluxmanın qarşısını almaq üçün ölkədə yenidən sərt karantin rejiminin tətbiqinin şahidi ola bilərik.

Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, iqtisadiyyatdan, inkişafdan da əvvəl insanların sağlamlığının təmin etmək lazımdır. Bu baxımdan, virusa yoluxmanın qarşısını almaq üçün müəyyən qabaqlayıcı tətbirlərin görülməsi lazım olacaqsa, hökumət bunu edəcək. Çalışaq ki, buna ehtiyac olmasın və yumşaldılma prosesi davam etdirilisin”, - deyə R. Həsən bildirib.

Mahir Xəttab \ Redaktor.az