Sabahın hava proqnozu açıqlandı

 13:28 03.09.2020     280

Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz  29-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  təşkil edəcək. 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-33, dağlarda gecə 10-15, gündüz  16-21 dərəcə isti olacaq.  

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.