İcra başçısına birinci müavin təyin olundu

 13:42 03.09.2020     548

Masallı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, Masallı RİH başçısı Şahin Məmmədovun imzaladığı əmrə əsasən, Məmmədhüseyn Hüseynov icra başçısının birinci müavini vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, M.Hüseynov bundan əvvəl icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.