Jurnalistə ASA-da yüksək vəzifə verildi – TƏYİNAT

 16:18 03.09.2020     308

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni təyinat olub.

ASA-dan Redaktor.az-a verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olaraq çalışıb.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub.

O, “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.