Mədəniyyət Nazirliyində yeni təyinat olub

 17:10 03.09.2020     337

Səadət Xələfbəyli Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.  

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmr imzalayıb.

S.Xələfbəyli 2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.