Bakıda motosiklet avtomobilə çırpılıb, sürücü ölüb

 18:33 03.09.2020     794

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən motosiklet idarəetmədən çıxaraq, minik avtomobilinə çırpılıb.

Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək olmayıb.

Fakta bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən