Bakıda dəniz kənarında meyit aşkarlanıb

 19:12 03.09.2020     520

Bakıda dəniz kənarında meyit tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində dəniz kənarında naməlum kişi meyiti aşkarlanıb. Araşdırmalar zamanı həmin şəxsin Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 60, mənzil 21-də yaşayan, 1952-ci il təvəllüdlü Abdullayev Vaqif Qubad oğlu olması müəyyən edilib. Onun hansı şəraitdə və nədən ölməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.