Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

 19:40 03.09.2020     568

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.

Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub

 19:21 03.09.2020     2704

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

Redaktor.az-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb. 

   
2222
Vumart və Güvən reklamı Vumart Güvən